Cəmil Həsənlinin iddiası rədd edildi

Cəmil Həsənlinin iddiası rədd edildi
  03 Oktyabr 2013    Oxunub:971
Bu gün Bakı Apellyasiya Məhkəməsində prezidentliyə namizəd Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.
Azvsison.az xəbər verir ki, Prosesdə Cəmil Həsənlinin nümayəndəsi kimi iştirak etmiş Tural Hacıbəylinin APA-ya verdiyi məlumata görə, məhkəmə iddianı təmin etməyib.

T. Hacıbəyli bildirib ki, məhkəməyə müraciət etmələrinə səbəb MSK-nın saytında yerləşdirilən məlumat olub: ““Azərbaycan” qəzetində seçki öncəsi mitinq və digər toplantıların keçirilməsi üçün nəzərdə tutulmuş açıq və qapalı yerlərin siyahısı dərc edilib. Həmin siyahını MSK öz saytında başqa formada yerləşdirib. MSK-nın saytında həmin yerlər prezidentliyə namizədlərin seçicilərlə görüş yeri kimi təqdim edilib. Biz də məhkəməyə müraciət edərək, həmin məlumatın qanunsuz hesab edilməsi və məhkəmə qərarın MSK-nın saytında yerləşdirilməsi tələbi ilə iddia qaldırmışdıq”.


Teqlər:  





Xəbər lenti