Seçki internetdən izlənəcək

Seçki internetdən izlənəcək
  03 Oktyabr 2013    Oxunub:1102
Seçki məntəqələrinin 20 faizində veb-kamera quraşdırılıb.
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkə daxilində, eləcə də Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirlik, konsulluq və nümayəndəlikləri də daxil olmaqla 5491 seçki məntəqəsi yaradılıb.

Azvsison.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 2-də Müstəqil Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

Məzahir Pənahov bildirib ki, bu məntəqələrdə 5 milyon 145 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı səs verə biləcək. Məntəqələrdə səsvermənin tam demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
Səsvermənin gedişini izləmək, prosesin tam demokratik, şəffaf və azad keçirilməsini təmin etmək məqsədilə seçki məntəqələrinin 20 faizində veb-kamera quraşdırılıb. Hər bir şəxs internet vasitəsilə həmin məntəqələrdə səsvermənin gedişini sərbəst izləyə biləcək.


Teqlər:  





Xəbər lenti