Müxalifətin aksiyalarına xalq niyə qoşulmur? – MEDİA DAYCEST

  02 Fevral 2013    Oxunub : 485
Müxalifətin aksiyalarına xalq niyə qoşulmur? – MEDİA DAYCEST
Əli Hüseynli deyib: “Bu yaxınlarda tələb eşitmişik ki, Avropa Parlamentində İsmayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu kütləvi aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir”.
Yeni Müsavat

Aslan İsmayılovdan Arzu Kazımovun vəkilinə ağır cavab

Arzu Kazımovun vəkili Ramiz Zeynalov həmkarı Aslan İsmayılovu siyasi hakimiyyəti dəyişməyə çalışmaqda ittiham edib. Deyib ki, A.İsmayılov prezidentin istefasını tələb edir, Elşad Abdullayavə dəstək verir. R.Zeynalov bildirib ki, hüquqşünas siyasətlə məşğul olmalı deyil. Buna görə də A.İsmayılovun Vəkillər Kollegiyasında qalmağına narazılığını ifadə edib. Bununla bağlı danışan Aslan İsmayılovun peşə yoldaşına cavab olaraq bildirdi ki, Elşad Abdullayevi şəxs olaraq müdafiə etmir. “Ramiz Zeynalov kimi insanlar ömrü boyu ona-buna yarınmaqda məqsədlərini həyata keçirirlər. Ramiz Mehdiyevə yarınmaq üçün Elşad Abdullayevə qarşı iftiralar atır. Mən Elşad Abdullayevi şəxs olaraq müdafiə etmirəm. Sadəcə olaraq yaydığı video materiallardakı halların araşdırılmasını tələb edirəm. Mən heç vaxt prezidentin istefası haqqında fikir səsləndirməmişəm. Amma Ramiz Mehdiyevin istefasını bu gün də tələb edirəm. Çünki onun tutduğu vəzifə imkan verir ki, istintaqın gedişinə mane olsun. Vəkilliyə gəlincə, mən ölkədə öz adımla tanınıram.

“Daş yuxular” erməni üslubunda “dəfn edildi”

Ə.Əylislinin “Daş yuxular” romanına etirazlar davam etməkdədir. Ötən gün bir qrup gənc tərəfindən xalq yazıçınının simvolik kitabı üzərinə xaç çəkilmiş tabuta qoyulmuşdur və Xocalı soyqırımın xatirəsinə ucaldılan abidənin yanında dəfn edilmişdir. Dəfn ermənisayağı yanı klarnetin musiqi sədaları altında keçmişdir.

Cavid Qurbanovdan sərt sözlər

“Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanov xalq yazıçı Əkrəm Əylislinin son romanı ilə bağlı yazıya olduqca sərt münasibət göstərib. C.Qurbanov qeyd etdi ki, Əkrəm Əylisli romanında dinə sataşır, erməniyə isə yazıq deyil: “Bu, Ermənistanda baş versəydi, onu meydanlarda yandırmışdılar.. O,ermənidir, onun adı Akopdur.”

Müxalifətin aksiyalarına xalq niyə qoşulmur?

Seçki ilinin əvvəlindən ölkədəki narazılıqlar pik həddinə çatmaqdadır. Bir ay ərzində üç etiraz aksiyasının keçirilməsi xalqın artıq problemlərdən cana doyduğunun göstəricisidir. Bu aksiyalarda iştirak edən vətəndaşların əksəriyyəti müxalifətin keçirdiyi etiraz aksiyalarına çıxmayan narazı təbəqə idi. Elə isə hakimiyyətin yürütdüyü siyasətdən narazı olan, küçələrə çıxan xalq kütlələri niyə müxalifətin etirazlarına qoşulmur? Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, bu, Azərbaycan hakimiyyətinin apardığı siyasətlə bağlıdır. Çünki müxalifətə aksiyalar keçirməyə normal məkanlar ayrılmır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə qeyd etdi ki, müxalifətin keçirdiyi aksiyalar zamanı da çoxsaylı xalq kütlələri iştirak edib: “Kütləvilik olduğu kifayət qədər aksiyalar keçirilib.

Bizim Yol

Ziyalılar Formundan Əkrəm Əylisliyə dəstək

Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” ədəbi jurnalında dərc olunmuş “Daş yuxular” romanı geniş müzakirəyə səbəb olub. Ziyalılar Forumunda təmsil olunan tanınmış akademik Rafiq Əliyev Əkrəm Əylislinin çox nəhəng yazıçı olduğunu bildirib: “Bir də ki, yaradıcılıq azadlığı var. Ona kim deyə bilər ki, bunu yaz, onu yazma? Təkcə ona yox, elə sizə - jurnalistlərə necə yasaq qoymaq olar? Fikir azadlığı var. Amma əsəri oxumamışam, ona görə də əsər haqqında fikir söyləyə bilərəm. Əkrəmin özü barədə deyə bilərəm ki, nəinki Azərbaycanda, dünyada tanınmış nəhəng yazıçıdır. İndi Əkrəmin əsəri ilə bağlı cəmiyyətdə qalmaqal başlayıb, ancaq inanın ki, danışanların 99 faizi o əsəri oxumayıb. Ona görə əsəri oxumamış, onun ümumi qayəsini bilməmiş nə isə demək çox çətindir”.

Məhbus təcridxanadan “Bizim Yol”a müraciət etdi

Xaçmaz rayon məhkəməsində ittihamına baxılan “Xəyal Tv”-nin baş redaktoru Zaur Quliyev Bizim Yola məktub göndərib. O, saxlandığı 13 mart 2012-ci ildən bu günə qədər təcridxananın tibb məntəqəsində müayinə olunmadığını bildirib. Halbuki Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov 24 yanvarda qəzetimizə bildirmişdi ki, Z.Quliyev müayinə olunub. Amma Z.Quliyev 11 ay müddətində müayinə olunmadığını qəzetimizə yazır.

Unikal

Oqtay Əsədovdan sərt ittiham

Milli Məclisinin iclasında spiker Oqtay Əsədov Əkrəm Əylislinin “Daş yuxular” əsərini kəskin tənqid edib və öz etirazını bildirib. O, bu kitabdan xəcalət çəkdiyini vurğulayıb. Vitse-spiker Bahar Muradova da Əkrəm Əylislinin əsərini kəskin tənqid və bunu xəyanət adlandırıb. Milli Məclisin yaz sessiyasında çıxış edən deputat Nizami Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxmasını tələb edib.

Azərbaycanda Xocalı aeroportu ilə bağlı bəyanat verilib

QHT Əməkdaşlıq Alyansı Xocalı aeroportu ətrafında gedən müzakirələrlə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan prezidenti Serj Sərkisyanın və digər erməni rəhbərlərin “Stepanakert aeroportu” kimi təqdim etdikləri Xocalı aeroportunun yaxın gələcəkdə açılacağı və yenidən işə salınacağı barədə fikirləri Azərbaycanın rəsmi strukturları, ictimaiyyəti və bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı olaraq çox sərt reaksiya ilə qarşılandığı qeyd edilir.

Gündəm Xəbər

DAK-dan mühüm qərarlar

Dünən RATİ-nin mətbuat mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qurumun idarə heyətinin yanvarın 18-19-da Frankfurtda keçirilən toplantısının yekunları ilə bağlı mətbuat konfransı keçirib. Frankfurt toplantısında İranda və Güney Azərbaycanda baş verən son hadisələr əsas müzakirə mövzusu olub. .
“Toplantıda bölgədəki ictimai-siyasi durum, İranda işgəncələr, Rusiyada, Gürcüstanda, İraqda və Suriyada azərbaycanlıların son durumu ilə bağlı müzakirələr aparılıb.
DAK İdarə Heyəti İranda yaşayan azərbaycanlıların mühacirət hökumətinin və parlamentinin yaradılması məsələsini də geniş müzakirə edilib.
“Biz Güney Azərbaycan siyasi Partiyalarının, ictimai-siyasi xadimlərinin daxil olacağı mühacirət hökuməti və parlamenti üzərində işlərimizi davam etdiririk. Hökumət və parlament yaxın zamanlarda elan ediləcək”, deyə DAK həmsədri bəyan edib.

Azadlıq

İsmayıllı olayları” Avropa Parlamentinə çıxarılır

İsmayıllı hadisələri ilə bağlı Avropa Parlamentində dinləmələr keçirilə bilər. Avropa Parlamentinin deputatlarının bununla bağlı məsələ qaldırdıqları bildirilir. Milli Məclisin üzvü, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin parlamentin dünənki iclasında səsləndirdiyi bir fikir də deyilənlərin təsdiqi sayıla bilər. Əli Hüseynli deyib:
“Bu yaxınlarda tələb eşitmişik ki, Avropa Parlamentində İsmayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu kütləvi aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir”.


Teqlər: