Bir ailənin beş üzvü qətlə yetirilib

Bir ailənin beş üzvü qətlə yetirilib
  09 Mart 2018    Oxunub:1537
Türkiyənin Ərzurum bölgəsində qanlı insident baş verib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı beş nəfər ölüb, iki nəfər yaralanıb.

Məlumata görə, qətlə yetirilənlər bir ailənin üzvləridir. Onlar iş yerlərində baş vermiş münaqişə zamanı silahlı şəxs tərəfindən güllələniblər. Cinayətin hansı səbəbdən baş verdiyi araşdırılır.

AzVision.az




Teqlər: Türkiyə   Qətl  





Xəbər lenti