ABŞ-da silahlı şəxs 3 veteranı öldürüb

ABŞ-da silahlı şəxs 3 veteranı öldürüb
  10 Mart 2018    Oxunub:1501
ABŞ-ın Kaliforniya ştatının Yuntvil şəhərində naməlum şəxs veteranlar evində 3 nəfəri girov götürüb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub.

Polis silahlı şəxslə danışıqlar aparıb. Buna baxmayaraq, binaya hücum edən şəxs özünü və girovları öldürüb. Girovların hamısı qadın olub. İnsidentin təfərrüatları məlum deyil.

AzVision.az



Teqlər: ABŞ   İnsident  





Xəbər lenti