"Tramp bunu istəyir, ona mane olanlar var" - Putin

"Tramp bunu istəyir, ona mane olanlar var" - Putin
  10 Mart 2018    Oxunub:1236
Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləyə ehtiyacı yoxdur.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində deyib.

“Müdaxilə ilə hər hansı bir məqsədə nail ola biləcəyimizi düşünmürəm. Məqsəd yoxdur. Gəlin, hədəfin nə olacağını təsəvvür edək. Nəyə görə? Müdaxilənin özü üçün?”, - deyə Rusiya prezidenti qeyd edib.

Putin vurğulayıb ki, ABŞ prezidenti Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Rusiya   ABŞ  





Xəbər lenti