Afrində indiyədək 3195 terrorçu öldürülüb

Afrində indiyədək 3195  terrorçu öldürülüb
  10 Mart 2018    Oxunub:1553
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3195 terrorçu zərərsizləşdirilib,157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti