Ötən il Azərbaycanda 23333 nəfəri it dişləyib

  10 Mart 2018    Oxunub : 1268
Ötən il Azərbaycanda 23333 nəfəri it dişləyib
Azərbaycanda 2017-ci ildə 26935 heyvan dişləməsi faktı qeydə alınıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə heyvan dişləmələrində artım qeydə alınıb: "2017-ci ildə 23333 it dişləməsi hadisəsi baş vermişdisə, 2016-ci ildə bu rəqəm 19331 olub. Qalanları digər heyvanların - pişik, siçovul, çaqqal, at, inək və meymun dişləmələridir"

E. Əliyeva bildirib ki, 2017-ci ildə heyvan dişləmələrinin 7197-si Bakı şəhərində, digərləri isə regionlarda olub: "Rayonlardan heyvan dişləmələri ilə bağlı bizə daha çox məlumat gəlir. Bunlar sahibsiz itlər, ev heyvanları ilə yanaşı, meşələrdə olan çaqqal və tülkü dişləmələridir. Belə hallarda ilk növbədə vaksinasiya edilməlidir".

Aytən Zəhra
AzVision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Heyvan