Səfirliyimizdə bomba həyəcanı

Səfirliyimizdə bomba həyəcanı
  03 Oktyabr 2013    Oxunub:903
Almaniyadakı səfirliyimizdə bomba həyəcanı.
Azvsison.az xəbər verir ki, Berlində rusların II dünya müharibəsi zamanı atdığı 500 kiloqramlıq aviabomba tapılıb.

Almaniyanın paytaxtı Berlinin mərkəzi məhəllələrinin birində II dünya müharibəsi zamanı atılmış aviabomba aşkar edilib. Virtualaz.org “Berliner Morgenpost” qəzetinə istinadən xəbər verir ki, bomba müharibə zamanı SSRİ aviasiyası tərəfində atılıb və 500 kiloqram ağırlığında olub.

On illərlə vaxt keçsə də aviabombanın detonatorları partlayışa hazır vəziyyətdə imiş və hər an partlayışın baş verməsi riski varmış. Bombanın aşkar edilməsindən dərhal sonra insanlar ətraf ərazidən təcili evakuasiya edilib. Polis və istehkamçılar bombanın zərərsizləşdirilməsi əməliyyatına başlayıblar. Hadisə sentyabrın 30-da baş verib.

Bombanın zərərsizləşdirilməsi əməliyyatına başlamazdan əvvəl ətrafdakı evlərdən 3600 nəfərdən çox sakin evakuasiya edilib. Polis evlərin boşaldılıb-boşaldılmadığını bir-bir yoxlayıb. Təhlükəsizlik tədbirləri görmək üçün bombanın tapıldığı əraziyə yüzlərlə polis, 14 yanğınsöndürmə briqadası cəlb edilib. Əsasən səfirlik və diplomatik nümayəndəliklərin yerləşdiyi ətraf küçələrdə hərəkət tamam dayandırılıb. Fövqəladə vəziyyətlə bağlı yaxınlıqda yerləşən Latviya səfirliyi də bağlanıb və onun əməkdaşları təhlükəsiz yerə köçürülüb.

Berlin polisinin rəsmisi “Berliner Morgenpost” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan və İsrailin Almaniyadakı səfirlikləri də onların yerləşdiyi əraziyə yaxın yerdə nəhəng bombanın tapılmasından ciddi narahat olublar və binadan çıxmağa qərar veriblər. Bombanın zərərsizləşdirilməsi əməliyyatı zamanı onlar da binanı boşaldaraq evakuasiya olunublar.

Bombanın zərərsizləşdirilməsi əməliyyatı isə uğurla başa çatdırılıb, partlayıcı detonatorlar çıxarılıb və sursat təhlükəsiz yerə aparılaraq zərərsizləşdirilib.


Teqlər:





Xəbər lenti