Tramp “Rusiya işi” üzrə ifadə verməyə hazırdır

Tramp “Rusiya işi” üzrə ifadə verməyə hazırdır
  10 Mart 2018    Oxunub:1376
ABŞ prezidenti Donald Tramp “Rusiya işi” üzrə xüsusi prokuror Robert Müllerin suallarına cavab verməyə hazırdır.
“The Wall Street Journal” qəzetinin məlumatına əsasən, əgər xüsusi prokuror ABŞ prezidenti ilə bağlı olan hissəsinin dəqiq bitmə tarixini müəyyənləşdirə bilsə, Tramp sualları cavablandırmağa razılıq verəcək.

Prokurorun Trampa Ceyms Kominin Federal Təhqiqatlar Bürosunun direktoru postundan kənarlaşdırılması və milli təhlükəsizlik üzrə sabiq köməkçi Maykl Flinnin istefası ilə bağlı suallar verəcəyi gözlənilir.

Qeyd edək ki, müstəqil xüsusi prokuror Robert Müller “Trampın Rusiya ilə əlaqələri” barədə işi təhqiq edir.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Prokuror   Rusiya  





Xəbər lenti