Dağıstanda “Range Rover”lə qəza - Bir azərbaycanlı öldü (FOTO)

Dağıstanda  “Range Rover”lə qəza - Bir azərbaycanlı öldü (FOTO)
  10 Mart 2018    Oxunub:3030
Bu gün Dağıstan ərazisində, Dərbənd-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, “Range Rover” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində əslən azərbaycanlı olan Rusiya vətəndaşı Orucov Əskər Hacıbala oğlu dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişinlər Bağırov Fərid Elimdar oğlu, Abdullayev Pərvin Tofiq oğlu, Kostuçenko Konstantin xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

AzVision.az


Teqlər: Qəza   Dağıstan  



Xəbər lenti