Növbəti SAT imtahanları keçirilib

Növbəti SAT imtahanları keçirilib
  10 Mart 2018    Oxunub:2319
Dövlət İmtahan Mərkəzində (DİM) martın 10-da növbəti SAT imtahanları (SAT və SAT Essay imtahanı) keçirilib.
DİM-dən AzVision.az-a verilən məlumata əsasən, mərkəzin inzibati binasında təşkil olunan imtahanlar təlimata uyğun keçirilib. İmtahanlarda iştirakı nəzərdə tutulan 45 nəfərdən biri imtahan gəlməyib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin martın 23–dən 29-dək elan olunması gözlənilir. Namizədlər nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış ola biləcəklər.

AzVision.az


Teqlər: DİM   SAT   İmtahan  





Xəbər lenti