Ermənistan müxalifəti kütləvi mitinqlərə başladı - FOTOLAR

Ermənistan müxalifəti kütləvi mitinqlərə başladı - FOTOLAR
  11 Mart 2018    Oxunub:2327
Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mitinq “erməni xalqı naminə” hərəkatının təşkilatçılığı ilə baş tutub.

Nümayişçilər Serj Sarkisyanı baş nazir vəzifəsində görmək istəmədiklərini bildirib, hazırki hakimiyyətin əleyhinə şüarlar səsləndiriblər. Etirazda sabiq spiker Karapet Rubinyan, hüquq müdafiəçiləri və ziyalılar da iştirak ediblər.

Müxalifət təmsilçiləri mitinqlərin davam etdiləcəyi bəyan ediblər. Növbəti mitinq martın 16-na planlaşdırılıb.







AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti