"Qarabağ" liderliyini möhkəmləndirdi

"Qarabağ" liderliyini möhkəmləndirdi
  11 Mart 2018    Oxunub:1761
Topaz Premyer Liqasının XIX turunun sonuncu oyununda Ağdamın “Qarabağ” komandası “Zirə” klubunu qəbul edib.
“Azersun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” bu qələbə ilə xallarının sayını 48-ə çatdıraraq liderliyini möhkəmləndirib.

Hazırda turnir cədvəlinə “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 38 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 31 xalla dördüncüdür. Sonrakı yerlərdə “Neftçi” (26 xal), “Səbail” (17 xal), “Keşlə” (15 xal) və “Kəpəz” (10 xal) qərarlaşıblar.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti