Ərdoğan məhv edilən terrorçuların sayını açıqladı - Yenilənib

Ərdoğan məhv edilən terrorçuların sayını açıqladı - Yenilənib
  11 Mart 2018    Oxunub:3366
Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında 3300 terrorçu zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini deyib.

***
(11:30)

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.

AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3291 terrorçu zərərsizləşdirilib,175 bölgə nəzarətə götürülüb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Suriya   Afrin   PKK   Əməliyyat  





Xəbər lenti