Biznesmenin qızı və rəfiqələri təyyarə qəzasında öldü - Yenilənib

Biznesmenin qızı və rəfiqələri təyyarə qəzasında öldü - Yenilənib
  12 Mart 2018    Oxunub:3129
İranda Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər ölüb.

Hadisə İranın cənub-qərbindəki Çaharmahal əyalətində baş verib. Qəzaya uğrayan təyyarə Türkiyənin “Başaran” holdinqinə məxsus olub.

Yayılan son məlumatlara görə, qəza zaman “Başaran” holdinqin rəhbəri, biznesmen Hüseyn Başaranın qızı və onun 7 rəfiqəsi ölüb.

AzVision.az


Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti