İran səfirinin iqamətgahına hücum: Ölən və yaralı var

İran səfirinin iqamətgahına hücum: Ölən və yaralı var
  12 Mart 2018    Oxunub:13589
Naməlum şəxs İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum edib.

AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vyana polisi "Twitter" səhifəsində yazıb.
"İran iqamətgahı: Bıçaqla hücum etmiş şəxs Avstriya silahlı qüvvələri tərəfindən güllələnib", — deyə məlumatda qeyd olunub.



Məlumata əsasən, hücumu adı açıqlanmayan 26 yaşlı Avstriya vətəndaşı edib. Hadisə nəticəsində bir hərbçi yüngül xəsarət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti