Daha 2 kəndə qaz verildi
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev kənd sakinlərinə təbriklərini çatdırdı. O, qeyd etdi ki, “Regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına (2008-2013-cü illər) uyğun olaraq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilir. Artıq Düzqışlaq və Kolayır kəndlərinə təbii qazın verilməsi ilə qazlaşdırılan yaşayış məntəqələrinin sayı 25-ə çatdı. İlin sonunadək rayonun Qırılı və Pirili kəndlərinə də təbii qaz veriləcək.
Tədbirin sonunda kəndlərə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldı.