Nalbandyan İsveçə gedir – Ekspertlərlə görüşəcək

  12 Mart 2018    Oxunub : 762
Nalbandyan İsveçə gedir – Ekspertlərlə görüşəcək
Ermənistanın xarici işlər naziri Edvard Nabandyan bu gün İsveçə səfər edəcək.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, iki gün davam edəcək səfər İsveç XİN rəhbəri Marqot Valstyomun dəvəti əsasında gerçəkləşəcək.

Məlumata əsasən, Edvard Nalbandyan İsveçin qanunverici və icra orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək, həmçinin Stokholmda analitik və ekspertlərlə görüşəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Nalbandyan   İsveç