Ermənistanda 25 yaşdan yuxarı qadınlar iş tapa bilmir

Ermənistanda 25 yaşdan yuxarı qadınlar iş tapa bilmir
  12 Mart 2018    Oxunub:1982
8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Beynəlxalq Əmək Təşkilatı qadınların işsizliyinə dair məlumat-hesabat yayıb.

AzVision.az Azadlıq radiosunun erməni bölməsinə istinadən xəbər verir ki, hesabata əsasən Ermənistanda 25 yaşdan yuxarı qadınların 17,3%-i iş tapa bilmir. Müqayisə edilib ki, Gürcüstanda bu göstərici 7,7%, Azərbaycanda isə 4,8 faizdir.
Nəşr yazır ki, hesabatdan əlavə Ermənistanda rəsmi statistika idarəsinin ötən il yaydığı məlumatda vəziyyətin acınacaqlı olduğu görünür. Belə ki, məlumata əsasən ötən il Ermənistanda 76 min 624 işsiz qeydə alınıb ki, onlardan 50 min 593-ü (60%-dan çoxu) qadındır.

İrəvan Dövlət Universitetinin müəllimi Ani Kodcoyan nəşrə açıqlamasında deyib ki, ölkədə qadınların hüququnu təmin edə biləcək əlverişli mühit yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Qadın   İşsizlik  





Xəbər lenti