AŞPA-nın büro və komitə iclasları başlayır

AŞPA-nın büro və komitə iclasları başlayır
  12 Mart 2018    Oxunub:1311
Bu gün Parisdə Avropa Şurası Parlament (AŞ PA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək.
İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana fakt araşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaq.

S.Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcək.

AzVision.az


Teqlər: AŞPA   Səməd-Seyidov  





Xəbər lenti