Daha bir təyyarə qəzası: 49 ölü, 22 yaralı (Yenilənib)

Daha bir təyyarə qəzası:  49 ölü, 22 yaralı (Yenilənib)
  12 Mart 2018    Oxunub:3870
Dəkkədən Nepalın paytaxtı Katmandu şəhərinə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 49 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.
AzVision.az "Ria Novosti"-yə istinadən xəbər verir ki, məlumatı Nepal polisi yayıb.

Qeyd olunub ki, qəza zamanı təyyarədə olan sərnişinlərin 40-ı Banqladeş, 25-i Nepal, 1-i Çin, 1-i isə Maldiv vətəndaşıdır.

***

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Katmandu aeroportu yaxınlığında baş verib. Futbol meydançasına düşən təyyarə qəzadan sonra yanmağa başlayıb.

Son məlumatlara əsasən, qəzaya uğrayan təyyarədə 71 sərnişin olub. Onlardan 50-nin həlak olduğu dəqiqləşib. 17 nəfər isə xilas edilib. Hazırda əraziyə xilasedici və yanğınsöndürən briqadalar cəlb olunub.



AzVision.az


Teqlər: Nepal   Təyyarə   Qəza  





Xəbər lenti