Hindistandan Bakıya birbaşa reyslər açılacaq

Hindistandan Bakıya birbaşa reyslər açılacaq
  12 Mart 2018    Oxunub:1684
Hindistan və Azərbaycan arasında birbaşa təyyarə reyslərinin açılması üçün danışıqlar aparılır.
AzVision.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib. Diplomat hesab edir ki, birbaşa reyslərin açılması əlaqələrimizin inkişafına təkan verəcək.

"Sabah Hindistandan gələn nümayəndə heyəti AZAL-la danışıqlar aparacaq. Birbaşa reyslərin açılması tərəflər arasında əlaqələrin inkişafına öz töhvəsini verəcək. Hələlik danışıqlar ilkin mərhələdədir və görüləcək işlər çoxdur. Hər iki tərəf birbaşa reyslərin açılmasında maraqlıdır", - deyə səfir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti