Afrində daha 8 kənd terrorçulardan təmizlənib

Afrində daha 8 kənd terrorçulardan təmizlənib
  13 Mart 2018    Oxunub:1511
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı məlumata əsasən, "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3381-ə çatıb.

Bildirilib ki, bu gün baş tutan əməliyyat zamanı 11 mövqe, 8 kənd PKK, PYD, YPG və İŞİD yaraqlılarından təmizlənib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   Afrin   PKK  





Xəbər lenti