Türkiyə ordusu daha bir şəhid verib

Türkiyə ordusu daha bir şəhid verib
  13 Mart 2018    Oxunub:1271
Türkiyə Silahlı Qüvvələrinin hərbçisi Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb. Cenderis rayonunda keçirilən əməliyyat zamanı daha bir hərbçi yaralanıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Şəhid  





Xəbər lenti