13 nəfər avtobus qəzasında ölüb - Yenilənib

13 nəfər avtobus qəzasında ölüb - Yenilənib
  13 Mart 2018    Oxunub:1884
Türkiyənin Çorum bölgəsində baş verən yol qəzasında ölənlərin sayı 13 nəfərə çatıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan 15 nəfər xəstəxanalara yerləşdirilib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

***
(10: 23)

Türkiyənin Çorum bölgəsində ağır yol qəzası baş verib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sərnişin avtobusu ağır tonnajlı yük maşını ilə toqquşub.

Qəzadan sonra avtobusda yanğın başlayıb. Qəza nəticəsində 6 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisənin səbəbləri araşdırılır.

AzVision.az



Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti