ÇL-da 1/8 finalın cavab oyunları başlayır

ÇL-da 1/8 finalın cavab oyunları başlayır
  13 Mart 2018    Oxunub:1559
Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.
AzVision.az-ın məlumatına görə, bu gün keçiriləcək görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşəcək.

"Roma" öz meydanında "Şaxtyor"la qarşılaşacaq. Donetskdə keçirilən ilk görüşdə 2:1 hesablı məğlubiyyətə uğrayan “canavarlar” qalib gələrək mərhələ adlamağa çalışacaq.

Digər görüş "Mançester Yunayted" və "Sevilya" arasında keçiriləcək. Səfərdə heç-heçə edən “qırmızı şeytanlar” doğma azarkeşlər öündə qalib gələrək yoluna davam etmək niyyətindədir.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

AzVision.az



Teqlər: UCL  





Xəbər lenti