Misir Mərdanov ad gününü harada keçirir?

Misir Mərdanov ad gününü harada keçirir?
  03 Oktyabr 2013    Oxunub:1164
Bu gün keçmiş təhsil naziri Misir Mərdanovun 67 yaşı tamam olur.

AzVision.az olaraq bu münasibətlə eks-naziri təbrik etmək üçün onunla əlaqə saxlamağa çalışdıq. Ancaq Riyaziyyat və Mexanika İnstitutundan bildirdilər ki, Misir Mərdanov hazırda Bakıda deyil, ezamiyyətə gedib, yalnız ayın sonunda iş başında olacaq.Onun ölkəmizdə yaxud xaricdə olması ilə bağlı məlumat əldə edə bilmədik

Qeyd edək ki, Misir Mərdanov 14 ildən çox Azərbaycanın təhsil naziri olub. 2013-cü il aprelin 19-da istefaya göndərilib.

Vəzifəsindən azad edildikdən sonra Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib.

Şahanə RƏHİMLİ




Teqlər:  





Xəbər lenti