"Azərbaycan ATƏT-in ən önəmli üzvlərindən biridir" - Georgi Tsereteli

"Azərbaycan ATƏT-in ən önəmli üzvlərindən biridir" -  Georgi Tsereteli
  13 Mart 2018    Oxunub:2230
"Azərbaycan ATƏT-in ən önəmli üzvlərindən biridir. Azərbaycan nümayəndə heyətinin qurumda bir sıra faydalı təşəbbüsləri var"

AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli jurnalistlərə açıqlamasında deyib.
ATƏT PA sədri vurğulayıb ki, bunlardan biri İpək Yolunun dəstəklənməsi üzrə xüsusi qrupun yaradılmasıdır.

"Bu layihə qurumun üzv ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Artıq 22 ölkə qrupa üzvdür. Belə faydalı layihələrin həyata keçirilməsi olduqca önəmlidir. Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı - Tbilisi-Qars layihəsini həyata keçirməklə İpək Yolunun bərpasında xüsusi rol oynayır. Dəmiryolu insanları, şəhərləri, biznesləri birləşdirir. Bu cür təşəbbüslər insanların rifahına və regionun təhlükəsizliyinə öz töhfəsini verir",- deyə Georgi Tsereteli jurnalistlərə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   PA  





Xəbər lenti