Afrinə çatmağa 1,5 km qaldı - 3393 terrorçu məhv edilib

Afrinə çatmağa 1,5 km qaldı - 3393 terrorçu məhv edilib
  13 Mart 2018    Oxunub:2962
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3393 terrorçu zərərsizləşdirilib, 217 yaşayış məntəqəsi nəzarətə götürülüb. Türkiyə ordusunun Afrinin mərkəzinə çatmağına 1,5 km məsafə qalıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Afrin   Türkiyə   PKK  





Xəbər lenti