İranda vəba sürətlə yayılır

İranda vəba sürətlə yayılır
  03 Oktyabr 2013    Oxunub:1486
Artıq Ermənistan da həyəcan təbili çalır.
Qonşu İranda öldürücü vəba epidemiyası baş qaldırıb. Məlumata görə xəstəliyə yoluxma halı İranın Ermənistanla sərhəd kəndlərində, qeydə alınıb. Odur ki, Ermənistan hökuməti xəstəliyin ölkəyə keçməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib. Yerevanın “Zvartnots” aeroportunda və Mehridə təcili ehtiyat tədbirlər görülür. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

İran İslam Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə isə ölkənin 10 vilayətində 179 vəbaya yoluxma halı qeydə alınıb. Artıq 5 nəfər dünyasını dəyişib. Məlumata görə, İranda vəbaya tutulanların 149-u Əfqanıstan vətəndaşıdır.

Qeyd edək ki, vəba qida, kontakt, əsasən də su vasitəsilə yayılır. Normativə cavab verməyən, təmizlənməyən sudan istifadə edilən, içməli su kəmərləri olmayan ölkələrdə insanlar daha çox vəba ilə xəstələnir”.

Azərbaycanda isə hər il mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır.

Azərbaycan Səhiyyə Nazirliyindən AzVision.az-a bildirildi ki, Azərbaycan ərazisində vəziyyət hər zaman nəzarət altında saxlanılır.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti