Suriyada 7 ildə 2500 uşaq öldürülüb

Suriyada 7 ildə 2500 uşaq öldürülüb
  13 Mart 2018    Oxunub:2356
Suriyada 7 ildir davam edən müharibədə 2500 uşaq öldürülüb.
AzVision.az-ın məlumatına görə, bu barədə UNİCEF-in hesabatında bildirilib. Hesabata əsasən, ölkədəki 10 milyon uşaqdan 8.6 milyonunun təcili tibbi yardıma ehtiyacı var. 6 milyon uşaq isə öz doğma yurdundan didərgin düşüb.

Hesabatda məktəbə gedə bilməyən suriyalı uşaqların sayının 2.5 milyona yaxın olduğu vurğulanıb. Həmçinin 3.3 milyon uşağın isə partlamamış mina və hərbi sursatların yaratdığı təhlükə ilə qarşı-qarşıya olduğu qeyd olunub.

Hesabatda bildirlib ki, 2018-ci ilin ilk iki ayı ərzində 1000-dən artıq suriyalı uşaq ölüb və ya yaralanıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Suriya   Uşaq   Qətl  





Xəbər lenti