Tramp Tillersonu işdən çıxardı

Tramp Tillersonu işdən çıxardı
  13 Mart 2018    Oxunub:3546
ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifədən azad edib.

AzVision.az xəbər verir ki, bu barədə Tramp "Twitter" səhifəsində məlumat paylaşıb. ABŞ prezidenti bildirib ki, Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeo təyin olunub.
Tramp Tillersona təşəkkür edib, yeni dövlət katibinin fantastik iş görəcəyini vurğulayıb.

Bundan əlavə ABŞ tarixində ilk dəfə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə qadın - Gina Haspel təyin edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Tramp   Tillerson  





Xəbər lenti