Hafiz Hacıyevin statuslarını köməkçiləri yazır

Hafiz Hacıyevin statuslarını köməkçiləri yazır
  03 Oktyabr 2013    Oxunub:1133
Müasir Müsavat Partiyasının sədri prezidentliyə namizəd Hafiz Hacıyev facebookdakı profillərinin sayından danışıb.

H.Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, onun bir yox, bir neçə profili var :`Facebookdakı profilim saxta deyil, özüməm. İki profilim var. Bir neçə profilin olması bizə lazımdır, siyasət üçün bunu edirik. Facebookda heç bir status, fikir paylaşmıram. Bu işə köməkçilərim baxır, onlara tapşırıq vermişəm. Seçki ilə bağlı başım qarışıqdır, vaxtım yoxdur ki, nəsə yazım. Orada mənim ünvanıma söyüşlər, təhqirlər olur, onları da təbii qarşılayıram, siyasətdə olan adama həm müsbət, həm də mənfi fikirlər deyə bilərlər, bunu faciə ilə qarşılamaq lazım deyil`.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti