"Qarabağda mədəni abidələrlə bağlı vəziyyət acınacaqlıdır" - Nazir
“Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük”, - deyə Nazir qeyd edib. Mədəniyyət naziri vurğulayıb ki, işğala məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif sivilizasiyaların mərkəzində yerləşir və bu da çox önəmlidir: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlərə yanaşılır. Azərbaycan tolerant ölkədir. Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbə var. Orada yəhudilər yaşayır. Bu da tolerantlığın sübutudur. Məqsədimiz hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Mədəniyyətvəturzimnazir