Rusiya Ermənistana daha 500 əsgər göndərdi

 Rusiya Ermənistana daha 500 əsgər göndərdi
  03 Oktyabr 2013    Oxunub:995
Bu hələ birinci dəstədir.

Bu yaxınlarda Rusiya Federasiyası Hərbi Qüvvələrinin 500 əsgər və hərbiçisini Ermənistana göndərib. Onlar Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında yerləşdirilib. Bu barədə AzVision.az erməni mətbuatına istinadən məlumat verir.

“ Bu hələ ki, birinci dəstədir. Gümrüyə ümumilikdə 1000 əsgər göndəriləcək. Onlar şəhərin 8-ci məhəlləsində “8-ci şəhərcikdə yaşayacaqlar”-deyə Ermənistanın Aykakan Jamanak qəzeti yazır.

Qeyd edək, Rusiyanın Gümrüdəki “102” saylı hərbi bazası, 1995-ci ildə, dövlətlərarası razılaşmaya əsasən yaradılıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti