Terrorçulara amansız işgəncələr verən MKİ rəhbəri - Dünyanın danışdığı qadın

Terrorçulara amansız işgəncələr verən MKİ rəhbəri - Dünyanın danışdığı qadın
  14 Mart 2018    Oxunub:9074
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) tarixdə ilk dəfə qadın rəhbərlik edəcək.
AzVision.az xəbər verir ki, MKİ-nin keçmiş rəhbəri Mayk Pompeo Reks Tillersonun yerinə ABŞ-ın dövlət katibi təyin olunduqdan sonra onun postuna müavini Cina Haspel gətirilib. Məlumatı ABŞ prezidenti Donald Tramp rəsmən təsdiqləyib.

Trampın ilk dəfə qadını MKİ-yə rəhbər təyin etməsi dünyanın gündəm mövzusuna çevrilib. Bəzi xarici KİV-lərdə Cina Haspel haqqında o qədər də ürəkaçan məlumatlar yer almayıb. Onun terroçulara verdiyi işgəncələrlə yaddaşlarda qaldığı vurğulanır.



Haspel 1956-ci ildə Amerikada dünyaya gəlib. 1985-ci ildən Mərkəzi Kəşfiyyat İdarəsində çalışır. O, 2017-ci ildə Trampın əmri ilə MKİ-nin rəhbər müavini təyin edilib.

Haspel MKİ-nin ən təcrübəli kadrlarından hesab olunur. İndiyədək ölkə daxilində və xaricdə baş tutan bir sıra mühüm əməliyyatlara rəhbərlik edib və uğur qazanıb.

2002-ci ildə Talyandda həbsxanaya rəhbərlik edən Haspel "Əl-Qaidə" terrorçularının dindilməsi zamanı onlara işgəncə verilməsində ittiham olunub. İddialara görə, bəzi gizli məlumatların əldə edilməsi üçün onun göstərişi ilə həbs edilən terrorçulara amansız işgəncələr verilib.

AzVision.az


Teqlər: ABŞ   MKİ  





Xəbər lenti