"Türkiyə ordusu Afrinə girir" - Ərdoğan son durumu açıqladı

"Türkiyə ordusu Afrinə girir" - Ərdoğan son durumu açıqladı
  14 Mart 2018    Oxunub:1753
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bu günədək Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında 3400 terrorçunun məhv edildiyini bildirib.
Türkiyə prezidenti Silahlı Qüvvələrin Afrinin mərkəzinə daxil olmasına çox az məsafə qaldığını deyib.

"Türkiyə ordusu Afrinə daxil olur. Biz Afrinə işğal üçün girmirik. Biz Afrini oranın gerçək sahiblərinə təhvil vermək üçün daxil oluruq",- deyə Ərdoğan vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Afrin  





Xəbər lenti