İşdən çıxarılan Tillersondan ilk açıqlama: "Trampa zəng etdim..."

İşdən çıxarılan Tillersondan ilk açıqlama: "Trampa zəng etdim..."
  14 Mart 2018    Oxunub:2303
ABŞ prezidenti Donald Tramp tərəfindən dövlət katibi vəzifəsindən istefaya göndərilən Reks Tillerson mətbuat konfransı keçirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, işdən çıxarıldıqdan sonra ilk dəfə jurnalistlərin qarşısına çıxan Tillerson 31 mart tarixində vəzifəsi ilə vidalaşacağını söyləyib.
Tillerson, həmçinin işdən çıxarıldığını eşidəndən sonra Trampla telefon əlaqəsi saxladığını bildirib.

"Vəzifəmi rəsmi şəkilldə 31 martda təhvil verəcəyəm. Bundan sonra sivil həyatıma davam edəcəyəm. İşdən çıxarıldıqdan sonra Trampla danışdım. İraqda və Suriyada görüləcək çox işlər var", -deyə Tillerson vurğulayıb.

O, hansı səbəbdən istefaya göndərilməsi haqda KİV-ə məlumat verməyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu gün Reks Tillersonu dövlət katibi postundan istefaya göndərib. Onu bu postda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo əvəzləyəcək.

Reks Tillerson ABŞ Dövlət Departamentinə ötən ilin fevralından rəhbərlik edirdi.

İddialara görə, Tillerson dövlət katibi postundan KXDR və İran siyasətinə dair Trampın baxışlarını bölüşmədiyinə görə uzaqlaşdırılıb.

AzVision.az


Teqlər: Tillerson   ABŞ   Tramp  





Xəbər lenti