FHN köməksiz qalan 2 nəfəri xilas edib

FHN köməksiz qalan 2 nəfəri xilas edib
  14 Mart 2018    Oxunub:1187
Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib.
AzVision.az xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti