Binəli Yıldırım Bakıya yola düşüb

Binəli Yıldırım Bakıya yola düşüb
  14 Mart 2018    Oxunub:1671
Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.
AzVision.az “Son Dakika”ya istinadən xəbər verir ki, o, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

Yıldırım bildirib ki, “VI Qlobal Bakı Forumu”nda bir sıra aktual məsələlər müzakirə olunacaq: “Türkiyə regional əməkdaşlığın daha geniş formada davam etdirilməsində maraqlıdır. səfər çərçivəsində keçirəcəyimiz görüşlər önəmlidir”.

Türkiyə, Azərbaycan, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək dördtərəfli görüşünün əhəmiyyətindən söz açan baş nazir bildirib ki, rəsmi Ankara Qafqazda və Orta Asiyada sabitliyin qorunmasına böyük önəm verir.

Qeyd edək ki, B.Yıldırımı səfərdə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birinin sədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşaiyət edir.

Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti