`Cəmil Həsənli ünvanını səhv salıb`

`Cəmil Həsənli ünvanını səhv salıb`
  03 Oktyabr 2013    Oxunub:1220
`O, Avropada erməni diasporasının verdiyi məlumatlar əsasında gəlib televiziyada şantaj, böhtan atır, cavabını da alır.
Müasir Müsavat Partiyasının sədri prezidentliyə namizəd Hafiz Hacıyev AzVision.az-a açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki debatlarında səsləndirdiyi fikirlərlə razılaşmadığını deyib :`Cəmil Həsənli yeni bir söz deyə bilmir, o, ancaq şantaj yolu keçib. Erməni mətbuatındakı yazıları oxumaqla məşğuldur. Avropada erməni diasporasının verdiyi məlumatlar əsasında gəlib, televiziyalarda şantaj, böhtan atır, cavabını da alır.Onun dediyi sözlər dedi-qodu, qeybətdir. Cəmil Həsənli kimi bir adam ortalığa heçnə çıxarda bilməyib. O, heç bir açıqlama verə bilmir. Cəmil Həsənli gözəl bilir ki, hakimiyyətə heç vaxt gələ bilməyəcək. Buna baxmayaraq, ətrafındakılar onu möhkəm sıxırlar. O, onların verdiyi tapşıqlar əsasında da hərəkət edə bilmir. Biz görürük ki, debata gələndə sıxılır, özünü itirir. Siyasət Cəmil Həsənlinin girəcəyi məkan deyil. Cəmil Həəsnli ünvanını səhv salıb`.

Partiya sədri onu da əlavə edib ki, görüş mitinqi keçirməyi planlaşdırmır:`Biz bundan sonrakı görüşlərimizi qapalı yerlərdə təşkil edəcəyik`.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti