Ukraynalı idmançılara Rusiyaya getmək qadağan olundu

Ukraynalı idmançılara Rusiyaya getmək qadağan olundu
  14 Mart 2018    Oxunub:1435
Ukraynalı idmançıların Rusiya ərazisində istənilən yarışlara qatılması qadağan edilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri İqor Jdanov əmr verib.
Nazirin sözlərinə görə, Rusiyada təşkil olunan yarışlar ukraynalı idmançılar üçün təhlükəlidir. O, həmçinin Beynəlxalq Federasiyaları Rusiya Federasiyası ərazisində yarışlar keçirməməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti