Baş nazir Rusiyanın 23 diplomatını ölkədən çıxarır - Yenilənib

Baş nazir Rusiyanın 23 diplomatını ölkədən çıxarır - Yenilənib
  14 Mart 2018    Oxunub:3144
Böyük Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripalin işi üzrə cavab tədbiri kimi rusiyalı diplomatları ölkədən çıxaracaq.

AzVision.az xəbər verir ki, bu barədə “Sky News” öz mənbələrinə istinadən məlumat yayıb.
Böyük Britaniyanın baş naziri Tereza Meyin 23 Rusiya diplomatının ölkədən xaric edəcəyi gözlənilir. Onun bununla bağlı yaxın vaxtlarda bəyanat verəcəyi bildirilib.

“Sky News” ehtimal edir ki, ölkədən xaric edilənlər arasında Rusiyanın bu ölkədəki səfiri yer almayacaq.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

2010-cu ildə Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Başnaziri   BöyükBritaniya   Rusiya  





Xəbər lenti