`Korrupsiya ilə mübarizəyə vətəndaşlar cəlb olunmalıdır`

`Korrupsiya ilə mübarizəyə vətəndaşlar cəlb olunmalıdır`
  03 Oktyabr 2013    Oxunub:1101
“Cəmiyyət üçün sosial bəlaya çevrilən korrupsiyaya qarşı mübarizəı istiqamətdində uğurlu işlərə imza atılmaqdadır. Bu gün də bu tədbirin keçirilməsi ilə korrupsiyaya qarşı mübarizə idarəsi öz strategiyasını ortaya qoyur”.

AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində vətəndaş cəmiyyəti institutları ilə keçirilən görüşdəki çıxışında deyib.

O bildirib ki, korrupsiyaya qarşı mübarizə aparmaq üçün bu prossesə həm də vətəndaşlar cəlb olunmalıdır. Bundan başqa ciddi siyasi iradə ortaya qoyulmalıdır ki, bunu da prezident İlham Əliyev edib:

“Buna görə də QHT-lər də bu işdə fəal iştirak etməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası korrupsiya ilə mübarizə istiqamətində QHT-lərin bilik və bacarığını irəli sürdüyü layihələri maliyyə dəstəyi ilə təmin edə bilər. Biz QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclasında bu məsələni müzakirə edəcəyik”.

Fatimə


Teqlər:  





Xəbər lenti