Türkiyə ordusu Afrində 12 kəndi azad edib

Türkiyə ordusu Afrində 12 kəndi azad edib
  14 Mart 2018    Oxunub:1091
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu bu gün Afrində 12 kəndi terrorçulardan azad edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Afrində azad edilən yaşayış məntəqələrinin sayı 201-ə çatıb, indiyədək 3444 terrorçu məhv edilib.

Xatırladaq ki, Türkiyə ordusu Afrində "Zeytun budağı" əməliyyatına bu ilin yanvarın 20-də başlayıb. Əməliyyatda məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti