Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  03 Oktyabr 2013    Oxunub:1189
Havanın temperaturunun gecə 15 dərəcəyə yaxın, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 15 dərəcəyə yaxın, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək, axşam isə 9-14 m/s-dək mülayimləşəcək.

Havanın temperaturunun gecə və gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın aуп-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23 isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti