“Skripal işi”: Rusiyaya qarşı məxfi tədbirlər hazırlanır

“Skripal işi”: Rusiyaya qarşı məxfi tədbirlər hazırlanır
  15 Mart 2018    Oxunub:2276
Britaniya ilə Rusiya arasında diplomatik qalmaqal pik həddə çatıb. Hökumət başçısı Tereza Mey Rusiya əleyhinə məxfi tədbilərin görüləcəyini bəyan edib.
“Bu tədbirlər düşmənçilik münasibəti göstərən dövlətin fəaliyyətindən irəli gələn təhlükəyə qarşı yönəlib”, - deyə baş nazir bildirib.

Mey, həmçinin “Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını vurğulayıb. Diplomatlara Britaniyanı tərk etmələri üçün bir həftə vaxt verilib.

Bundan əlavə Rusiya ilə yüksək səviyyəli müqavilələr ləğv edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Londona dəvəti geri götürülüb.

Diplomatik skandal bununla bitmir. Qərar əsasən, britaniyalı nazirlər və yüksək vəzifəli məmurlar Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməyəcəklər.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub.

AzVision.az


Teqlər:





Xəbər lenti