Rusiya XİN-dən Londona xəbərdarlıq - Diplomatik qalmaqal böyüyür

Rusiya XİN-dən Londona xəbərdarlıq - Diplomatik qalmaqal böyüyür
  15 Mart 2018    Oxunub:1554
Tereza Meyin Böyük Britaniyadan qovduğu rusiyalı diplomatların siyahısı Moskvaya təqdim edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, siyahı diplomatik kanallarla Rusiya tərəfinə ötürülüb. Britaniyadan çıxarılacaq diplomatlar arasında hərbi attaşeliyin nümayəndələrinin olduğu deyilir.

XİN rəsmisi Londona xəbərdarlıq edərək Rusiyanın cavab tədbirləri hazırlayacağını bəyan edib.

AzVision.az


Teqlər: Rusiya   XİN   Britaniya   Zaxarova  





Xəbər lenti