"Barselona" "Çelsi"ni darmadağın etdi - VİDEO

"Barselona" "Çelsi"ni darmadağın etdi - VİDEO
  15 Mart 2018    Oxunub:2164
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, ilk görüşdə "Beşiktaş" "Bavariya"nı qəbul edib.

Türkiyə təmsilçisi rəqibinə 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.



"Çelsi" isə səfərdə "Barselona"nın qonağı olub. Burada İspaniya təmsilçisi rəqibini 3:0 hesablı məğlubiyyətə uğradaraq 1/4 finala yüksəlib.



Keçirilən iki qarşılaşmadan sonra 1/4 finala yüksələn bütün komandaların adları bəlli olub. Turnirin bu mərhələsində İspaniyanın 3 ("Real", "Sevilya", "Barselona"), İngiltərə ("Liverpul", "Mançester Siti") və İtaliyanın ("Yuventus", "Roma") hərəyə 2, Almaniyanın isə 1 klubu ("Bavariya") mübarizə aparacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: UCL  





Xəbər lenti